Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 20 gündə Bakıda və bölgələrdə ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr gətirən 49 nəfəri  saxlayıb…

Onlar Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə xaricə narkotik madələr göndərməyə çalışan, onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin üzvləridir. Təsəvvür edin, həmin şəxslərdən ümumilikdə 66 kiloqram narkotik vasitə və psixotrop maddə, 2300 ədəd psixotrop tərkibli həb, 2 tapança və 1 ədəd tüfəng götürülüb.

Ən pisi odur ki, bu dəstənin sırasında yenə də qadınlar var.

Sual olunur: bəs bu qadınlar narkodəstəyə necə cəlb edilir? Yaxud, niyə onları belə bir mənfur əmələ sövq edirlər? Doğrudanmı qadınlar özləri bu yola könüllü düşürlər???

Bütün hallarda, təəssüfləndirici haldır.

A.Məmmədli