Bakı Hərbi Məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin daha bir qrup yüksək vəzifəli məmuruna hökm oxundu...

Tezadlar.az-ın məhkəmədə zərərçəkmiş şəxslərə istinadla verdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi Nizami Şirinov 8 il, bu idarənin şöbə rəisi Elcan Abdullayev 6 il, əməliyyat müvəkkili Nadir Nəzirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Prokurorun təklifilə məhkəmə cinayət işinin icra müddətinin başa çatması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin digər əməkdaşı Elman Tahirovun barəsində icraata xitam verib. Bundan öncə dövlət ittihamçısı Şirinovun 12 il, Abdullayev və Nəzirovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin məhkəmə Şirinovun general-mayor rütbəsindən məhrum edilməsi və 180 min manatlıq daşınmaz əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə bütün məhkumlar orden və medallardan məhrum edilib. 

Maraqlıdır, Şirinov ötən ilin aprelində hədə-qorxu ilə tələb etmə, cinayət yolu ilə əldə edilmiş pul və əmlakı leqallaşdırmaq, ağırlaşdırıcı şəraitdə rüşvət almaq ittihamı ilə həbs edilib. Və Abdullayev, Tahirov və Nəzirov Cinayət Məcəlləsinin  341.2.3-ci maddəsilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham olunublar. Onlardan başqa yerə getməmək barədə iltizam alınıb. Xüsusilə qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ildə ləğv edilsə də, sözügedən şəxslər 2021-ci ilin aprelində məsuliyyətə cəlb olunublar. 

Zərərçəkənlər məhkəmənin bu hökmündən narazıdırlar və apelyasiya şikayəti verəcəklərini deyirlər.

A.Məmmədli