Karamanda Hüseyn B. işlədiyi ailə sağlamlıq mərkəzində tibb bacısı Əminə A.-ya tapança ilə atəş açıb, daha sonra eyni silahla intihara cəhd edib. Hüseyn B.-nin Əminə A.-ya platonik sevgi bəslədiyi iddia edilərkən, hər ikisinin hələ də həyati təhlükəsinin olduğu bildirilib.

Hadisə səhər saat 11.30 radələrində Həmidiyyə rayonunda yerləşən 1 saylı Ailə Sağlamlığı Mərkəzində baş verib. Hüseyn B. ailə sağlamlıq mərkəzinə gedərək otağında tapança ilə tibb bacısı Əminə A.-ya  atəş açıb. Daha sonra həmin tapança ilə özünü sinəsindən vuraraq intihara cəhd edib.

Əvvəlcə sağlamlıq mərkəzindəki həkimlər Əminə A. və Hüseyn B.-yə müdaxilə edib. Daha sonra 2 yaralı çağırılan təcili yardımla Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Yaralıların həyati təhlükəsi olan xəsarətlər olsa da, hadisə ilə bağlı araşdırmalar davam edir.

E.ŞİRİNOV