Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

Tezadlar.az sosial mediadakı xəbərlərə istinadla bildirir kİ, qətlin hansı səbəblərdən törədilməsi hələki bəlli deyil, istintaq bu suala cavab tapmaqdadır. Amma məlum olub ki, 1984-cü il təvəllüdlü R.Əmirov İsgəndər adlı şəxsi (soyadı dəqiqləşdirilir - red) bıçaqla öldürüb. R.Əmirov şübhəli şəxs qismində saxlanılıb. DİN-in Mətbuat Xidmətindən də qətlin törədildiyi təsdiqlənib. Faktla bağlı araşdırma aparılır, istintaq hərəkətləri davam etdirilir.

A.Məmmədli