Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tezadlar.az xəbər verir ki,  bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Məlumata görə, Rəşad Dağlı qətli söyüş üstündə törədib. Təəssüflər olsun, adi bir səbrsizlik və dözümsüzlük belə bir faciəli sonluqla bitib.

A.Məmmədli