booked.netbooked.net booked.net  

Dünən Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.

Tezadlar.az "Ukrainskay pravda"ya istinadla xəbər verir ki, 6 dekabr tarixində keçirilən məhkəmə prosesində hakimin qərarı ilə onlar 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Misir Qasımlının yaxınlarının verdiyi məlumata əsasən, onlar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıblar. Misir Qasımlı və onun dostu Sübhan Quliyev xuliqanlıq, adam oğurluğu, qanunsuz silah gəzdirmə maddələri ilə təqsirləndirilirlər.

29 yaşlı Misir Qasımlı Azərbaycanda Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Lakin ittihamların nədən qaynaqlandığı barədə əlavə məlumat verilmir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN