booked.netbooked.net booked.net  

***

Trt-nin İran Ədliyyəsinin Mizan xəbər agentliyinə istinadən məlumatına görə, Məşhəddəki nümayişlərdə İnqilab Keşikçiləri Korpusuna bağlı Besiç üzvü Hüseyn Zeynalzadə, Besiç və Danyal Rızzadəni bıçaqla öldürməkdə və 4 nəfəri yaralamaqda günahlandırılan Məcid Rza Rahnəvərd edam edilib.

Məcid Rza Rahnəvərdin cəzasının ictimaiyyətə açıq yerdə icra olunduğu qeyd edilib.

***

Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatı İranda baş qaldırmış etirazlar zamanı həbs edilən 23 yaşlı Möhsün Şəkəri asılaraq qətlə yetirilməsinə etirazını bildirib.

BMT-nin yaydığı açıqlamada da qeyd olunub ki, İran rəsmiləri 23 yaşlı iranlı gənc və 12 nəfərə verilən edam hökmünü təsdiqləyib.

BMT ekspertləri baş tutmuş edamı pisləyərək İranı ölüm cəzasını ləğv etmək üçün moratorium qoymağa çağırıblar.

Avropa İttifaqı (Aİ) da etirazlar zamanı həbs edilən şəxsin edam edilməsini pisləyib və İranı ölüm hökmünü dayandırmağa çağırıb.

Lakin göründüyü kimi, İran dünyanın bir çox nüfuzlu təşkilatlarının da ona etdiyi müraciətlərə, xəbərdarlıqlara məhəl qoymur, etirazları qətllərlə susdurmağa çalışır.

Xatırladaq ki,  sentyabrın 13-də İranın əxlaq polisi 22 yaşlı Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxarkən hicabı "düzgün" geyinmədiyinə görə saxlayıb. Polis ona deyib ki, bacısını  “təkrar təhsil” sahəsindəki dərsə aparacaqlar və buraxacaqlar. Sahədəki yerindən qız xəstəxanaya aparılıb və daha sonra orada dünyasını dəyişib. Aminin ürək xəstəliyi olmadığı üçün qohumları polisi qətldə şübhəli bilirdilər. Ölüm günü, sentyabrın 16-da İranda bu günə qədər davam edən və onlarla şəhəri əhatə edən ilk etirazlar başladı.

Və bu etiraz dalğası artıq 3 aydır ki davam edir, hökumət isə xalqın tələblərini eşitmək istəmir...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN