"Bildiyimə görə, Mixeil Saakaşvili Gürcüstan ərazisində cəza çəkən yeganə Ukrayna vətəndaşı deyil".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri parlamentin sədri Şalva Papuaşvili Ukrayna Xarici İşlər Nazirliyinin Mixeil Saakaşvili ilə bağlı bəyanatına cavabında deyib. Papuaşvili qeyd edib ki, Saakaşvili cinayəti Gürcüstan ərazisində törədib: “Mixeil Saakaşvili Gürcüstan ərazisində cinayətlər törədib, yeri gəlmişkən, bu cinayətləri artıq heç kim inkar etmir. Qətnaməni də görmüşük, orada bir kəlmə belə deyilmir ki, Saakaşvili qanunsuz mühakimə olunub, heç kim bununla mübahisə etmir, ona görə də o, Gürcüstan ərazisində cinayət törədib və cəzasını Gürcüstan ərazisində çəkir. Mən bildiyimə görə, Gürcüstan həbsxanasında cəza çəkən yeganə Ukrayna vətəndaşı Saakaşvili deyil".

 Papuaşvili həmçinin deyib ki, Saakaşvilinin sürətlə güclənməsi dövlətin marağındadır, vəziyyəti daha da pisləşdirmək Saakaşvilinin özünün və dostlarının marağındadır. Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan tərəfini “Mixeil Saakaşviliyə müvafiq tibbi yardım göstərməyə habelə onun cəzasının müalicəsi üçün təxirə salınması ilə bağlı çağırış edib.

A.Məmmədli