booked.netbooked.net booked.net  

Hindistanda Rusiyanın ən zəngin deputatı Pavel Antovun cəsədi tapılıb. Mərhumun cəsədi 65 yaşını qeyd etdiyi otelin pəncərələrinin altında qan çanağında aşkarlanıb.

Rusiyanın "Telegram" kanalı "Shot" xəbər verir ki, milyarder Antovun cəsədi şənbə günü Rayaqadda (Odişa ştatı) tapılıb.

İlkin nəticəyə görə, deputatının üçüncü mərtəbədən yıxıldığı müəyyən edilib.

 Bir gün əvvəl milyarderin 65 yaşını qeyd etmək üçün daha üç rusiyalı turistlə Hindistana uçduğu bildirilib. Lakin ad gününü qeyd etdikdən sonra Antovun dostu otel otağında boş alkoqol şüşələrinin arasında, huşsuz vəziyyətdə  vəziyyətdə tapılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 Bir müddət sonra isə Antovun meyiti tapılıb. Hindistan polisi Pavel Antovun dostunun ölümünə görə depressiyaya düşə biləcəyini və özünə qəsd etdiyini də istisna etmir.

 Pavel Antov Vladimir vilayətinin qanunvericilik məclisinin üzvü, “Vladimir Standart” şirkətlər qrupunun vitse-prezidenti idi. 2018-ci ildə Forbes onun qazancını 10 milyard rubl qiymətləndirib. O zaman Antov Rusiyanın ən varlı deputatları və məmurlarının reytinqinə başçılıq edirdi.

 Qeyd edək  ki, Rusiyalı oliqarxların dünyanın müxtəlif yerlərində müəmmalı ölümlərinin sayı artmaqdadır.  

Aprelin sonunda ən azı 5 rusiyalı milyarder dünyasını dəyişib.

 Məsələn, aprelin 19-da 55 yaşlı Sergey Protosen Lloret de Mardadakı (İspaniyada) malikanəsində asılmış vəziyyətdə tapılıb. Onun arvadının və qızının cəsədləri də binanın içərisində üzərlərində bıçaq xəsarətləri ilə aşkarlanmışdı.

 Aprelin 18-də “Qazprombank”ın 51 yaşlı keçmiş vitse-prezidenti Vladislav Avaev, onun 47 yaşlı arvadı Yelena və 13 yaşlı qızı Mariya Moskvadakı mənzillərində ölü tapılıb.

 Polisin ilkin versiyasına görə, Avayev həyat yoldaşını və qızını güllələyib, sonra isə özünü öldürüb.

Polis bankın keçmiş vitse-prezidentinin əlində silah olduğu üçün belə qənaətə gəlib.

 Noyabrın sonunda Rusiya əsilli sahibkar, “Libertex Group” investisiya şirkətinin prezidenti və “Forex Club”nun təsisçisi Vyaçeslav Taran helikopter qəzasında həlak olub. İstintaq vəziyyəti qəribə adlandırır.

 Bir neçə gün əvvəl rusiyalı milyarder- tərtibatçı Dmitri Zelenov Fransada qəflətən dünyasını dəyişib. O, xəstəxanaya yerləşdirildi, lakin həkimlər varlı adamı xilas edə bilmədilər.

***

Və KİV-də gedən məlumata görə, Rusiyalı oliqarxların bu müəmmalı ölümlərinin, özünəqəsd hadisələrinin RF-nin Ukraynaya hücumundan sonra baş verməsi də sual doğurur…

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN