"Mən çox məmnunam ki, o, cəsarət və dözümlü olmağı tövsiyə edir, amma sizə demək istəyirəm ki, (Saakaşvilidə) dözüm və bütün resurslar tükənib".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Mixeil Saakaşvilinin anası Giuli Alasania xüsusi brifinq zamanı Gürcüstanın katolikos-patriarxı II İliyanın məktubuna cavab verərkən belə deyib. Ananın sözlərinə görə, Patriarxın “Yeni reallığı hiss et” deməsi anlaşılmaz ifadə olub: “Patriarxın cəsarət və dözüm arzuladığı məktubunu aldıq. Nə vaxtadək dözüm arzulayır? Axı insan sonsuz varlıq deyil? İnsan nə vaxta qədər dözə bilər, hansı dözümdən söhbət gedir? “Yeni reallığı hiss et” deməsi mənim üçün bir az anlaşılmaz oldu. Yeni reallıq nədir, biz artıq dövlət deyilik və Rusiyanın quberniyasına çevrilmişik. Bugünkü reallığımız budurmu?".

G. Alasania vurğulayıb ki, əgər Saakaşvilinin həyatı ölümlə başa çatarsa, Gürcüstanda artıq dövlətçilik olmayacaq.

Gürcüstan hakimiyyətindən isə son vaxtlar bu mövzuya susqunluq nümayiş etdirilir. Daha doğrusu, əvvəllər Saakaşvilinin azadlıq tələbi rədd edilirdisə, indi mümkün variantlar müzakirə edilir...

A.Məmmədli