Sabiq prezident Mixeil Saakaşvilinin Tbilisi Şəhər məhkəməsində baş tutan növbəti məhkəmə iclası dünən başa çatıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, hakim Qiorqi Arevadze növbəti iclasın 11 yanvar, saat 12:00-da keçirilməsi barədə qərar verib. Bundan əvvəlki iclasda amerikalı ekspert-toksikoloq Devid Smit, amerikalı nevroloq Şahin Emanuel Saakaşvilinin səhhəti ilə bağlı hakimin suallarını cavablandırıb.

 Saakaşvilinin vəkilləri 1 dekabr tarixində eks prezidentin səhhəti ilə bağlı cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. Siyasi hakimiyyətin razılığı olmadan isə məhkəmə şətin ki, onun azad edilməsi barədə qərar verə bilsin. Baxmayaraq ki, beynəlxalq təşkilatlar bu barədə ölkə hakimiyyətinə müraciətlər edib.

A.Məmmədli