booked.netbooked.net booked.net  

Bəşəriyyətin məhvinə çevrilmiş "Ağ Ölüm" cəmiyyəti narahat edən, çox mühüm problemlərdən biridir...
Bu bəlaya qarşı mübarizə çox vacibdir, ona görə ki, bu gün gələcəyimiz olan gənclərin, bu pis vərdişə meyilliliyi çoxdur. Narkomaniyanın qarşısının alınması məqsədilə dövlət səviyyəsində ciddi və sərt mübarizə aparılır. İctimaiyyət də bu mübarizədə fəal olmalı, narkomaniyaya və narkotik maddələri ölkəyə gətirənlərə, satanlara, təbliğ edənlərə qarşı dövlət strukturları ilə güclərini birləşdirərək köməklərini əsirgəməməlidirlər. Vətəndaşlar bu sahədə DİN, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının yaxın köməkçisi olmalıdırlar.
Respublikanın ərazisində nakomaniyaya qarşı davamlı və ardıcıl mübarizə həyata keçirilir və buna ciddi nəzarət vardır.
Narkomaniyanın zərərləri və insan sağlamlığına pis təsirindən bəhs edən maariflənmə tədirlərin keçirilməsi də çox vacibdir. Bu tədbirlərdə veteran təşkilatları, ali və orta təhsil müəssisələri gənclər arasında maariflənmə işlərini gücləndirməklə
daha çox səmərə əldə etmiş olar. Keçirilən tədbirlər ziyalıların, veteranların, həkimlərin, hakimlərin, polis əməkdaşlarının iştirakı ilə keçirilərsə, daha çox əhəmiyyət kəsb edər.
Narkomaniyanin gənclərin sağlamlığına vurduğu zərərlərdən bəhs edən videoçarxların nümayişindən də istifadə etmək olar.
Narkotik maddələrin, psixotrop maddələrin və onların perekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Baş Prokurorluq üzrə təsdiq edilmiş "2019- 2024- cü illər üçün Tədbirlər Planı"- nın 13 - cü bəndində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin maddə və tələblərinin maarifləndirilməsi məqsədilə mütamadi olaraq olaraq cəmiyyəti maarifləndirmək üçün məqalələr hazırlayıb, KİV- lər vasitəsi ilə dərc edilərək ictimaiyyətin maarifləndirilməsi həyata keçirilir. Bu sahədə ən təsirli vasitələrdən biri də məhz maarifləndirmədir ki, medianın bu sahədə böyük təsiri və tətbiqi var. İnanıram ki, belə olarsa, "ağ ölüm"ə düçar olmanın qarşısı yetərincə alınar...
Tural Xantəmirov,
Lənkəran Hərbi Prokurorun müavini
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN