Rusların Dneprdə hündürmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb, 73 nəfər yaralanıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Valentin Rezniçenko belə bir məlumat yayıb. Sitat: "Nahardan sonra 27 yaşlı qadın dağıntılar altından çıxarılıb. O, ağır hipotermiya ilə reanimasiyadadır. Həkimlər onun həyatı üçün mübarizə aparır. Ümumilikdə evin 39 sakini dağıntılar altından çıxarılıb. 40-dan çoxunun taleyi məlum deyil. Düşmən raketi 29 nəfəri öldürüb. 73 nəfər yaralanıb, onlardan 30-u xəstəxanadadır, 12-si ağır yaralıdır”. 

 Rezniçenko bildirib ki, yanğınsöndürənlər nəhayət, evdə başlayan yanğını söndürüblər. Rusiya raketinin məhv etdiyi strukturların təxminən yarısı artıq sökülüb. 

Xatırladaq ki, Rusiya hərbçilərinin  şənbə günü kütləvi raket hücumu zamanı Dneprdə çoxmərtəbəli binanı vurublar. Zərbə dənizdə təyyarədaşıyan qrupları məhv etmək üçün nəzərdə tutulmuş Kh-22 raketi ilə həyata keçirilib. Dnepr şəhərində hakimiyyət Rusiyanın raket hücumu nəticəsində həlak olanlar üçün üç günlük matəm elan edib. Ukrayna hərbi dairələrin komandanlığı isə rusların bu raket hücumuna ikiqat cavab verəcəklərini bəyan edib...

A.Məmmədli