İranda edamlar davam edir və beynəlxalq narazılıqlara yol açmaqdadır...

Belə ki, ötən gün Tehranda Böyük Britaniya vətəndaşı, İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əkbəri edam edilib. Buna cavab olaraq Britaniya məsləhətləşmələr və gələcək fəaliyyətlərin əlaqələndirilməsi üçün səfirini müvəqqəti olaraq geri çağırıb. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Klaverli Tvitter hesabında məlumat verib. Sitat: “Biz rejimi məsuliyyətə cəlb edirik. Böyük Britaniya İranın baş prokuroruna qarşı sanksiyalar tətbiq edir, müvəqqəti işlər vəkilini və səfiri məsləhətləşmələr üçün müvəqqəti olaraq geri çağırır". O əlavə edib ki, İrana cavab bununla bitmir və əmin edib: “Biz bundan sonrakı addımları nəzərdən keçiririk”. 
İran və Böyük Britaniyanın ikili vətəndaşlığı olan Əli Rza Əkbəri şənbə günü İranda casusluq ittihamı ilə edam edilib. O, vaxtilə İranın Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışıb. 

İranda isə rejimə qarşı kütləvi etirazlar davam etdikcə, etirazçıların edamları da artmaqdadır.

A.Məmmədli