booked.netbooked.net booked.net  

Vaqnerçi dəstələrdən birinin keçmiş komandiri Andrey Medvedev vaqnerçilərin muzdluları edam etməsi ilə bağlı ən azı 10 hadisədən xəbərdar olduğunu söyləyib...

Dəhşətli faktları açıqlayan keçmiş komandir bundan sonra Rusiyanın hərbi əməliyyatlarında iştirakdan imtina etdiyini bildirir. Tezadlar.az  “The Insider” nəşrinə istinadla bildirir ki, Medvedev nəşrə bu barədə özü müsahibə verib. Sitat: “Onlar (muzdlular - red.) yaralanaraq Pervomaysk yaxınlığındakı xəstəxanaya düşmüşdülər və oradan qaçmağa cəhd edirdilər. Sərhəddən keçid məntəqəsində aparılmışdılar. MED qrupu gəldi və onları güllələdilər”.

O, həmçinin qeyd edib ki, işə götürülən Vaqner muzdluları pul almır, onların yaxınları da ölənlər üçün vəd edilən ödənişləri almırlar, çünki bu pulları vermirdilər, aldadırdılar. “Bizdə təxliyyə edilən döyüşçülərin yarısı var, onlar rəsmi olaraq itkin düşüblər. Bu niyə edilir? Sığorta hadisəsinin pulunu ödəməmək üçün Rusiyalı komandirlər belə edirdilər, çünki heç bir sığorta agentliyi bu qədər itkini ödəməyəcəkdi, heç bir sığorta agentliyi belə bir hadisəni öz üzərinə götürməyəcəkdi”.

Medvedev onu da əlavə edib ki, özü də gizlənir, çünki onu Vaqner PMC muzdluları təqib edirlər. O, həmçinin Luqansk vilayətinin Alçevsk şəhərində muzdluların edam edilməsi ilə bağlı videonun əlində olduğunu və ona bir şey olsa, bu videonun yayımlanacağını deyib. Bu videoda, Medvedevin sözlərinə görə, iki muzdlu döyüşdən imtina etdikləri üçün edam ediliblər...

Bəli, müharibə qanunları döyüş əməliyyatlarında necə gəldi istifadə edilir. Belə hadisələrə görədir ki, rusların bir çoxu döyüşdən yayınaraq xarici ölkələrə qaçıb gedirlər...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN