Bundan sonra məhkəmə işlərinin yenidən baxılması üçün aşağı məhkəmə instansiyalarına göndərməmək planlaşdırılır.

Bununla bağlı Qanun layihəsi hazırlanıb və ona əsasən yuxarı instansiya məhkəmələri tərəfindən işlərin yenidən baxılması üçün aşağı məhkəmələrə göndərilməsi prosedurunun ləğvi nəzərdə tutulur.

 Beləliklə, iş üzrə yekun qərarın verilməsi üçün məsuliyyətin yuxarı instansiya məhkəmələrinin üzərinə düşəcəyi gözlənilir.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin məhkəmələrin fəaliyyətinin səmərəliliyinin artırılması haqqında 16 yanvar tarixli fərmanında qeyd olunur ki, Ali Məhkəmə Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birlikdə qanun layihəsi hazırlayıb.

Həmin sənəddə qeyd edilir ki, qanun layihəsi “cinayət işləri üzrə məhkəmə qərarlarının qəbulunun qanuniliyini, əsaslılığını və ədalətliliyini yoxlamaq üçün vətəndaşlar üçün rahat və sadələşdirilmiş prosedur yaratmaq məqsədilə” hazırlanıb.

Ali Məhkəməyə təklif olunan yeni sərəncamın praktikada vaxtında və səmərəli tətbiqi tapşırılıb.

 

JASMİN