Nəhayət, Türkiyə xüsusi xidmət orqanları İŞİD-in “təhlükəsizlik xidmətinin” başçısını həbs etdi...

Tezadlar.az CCN-Türk-ə istinadla bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, əməliyyat ölkənin cənub-şərqindəki Qaziantep şəhərində keçirilib. Saxlanılan şəxs Suriyanın şimalındakı Rakka şəhərində “İŞİD təhlükəsizlik xidməti”nə rəhbərlik edib, o, özünü həm də “Nineviya qubernatoru” (İraqın şimalındakı rayon) adlandırıb.

Videogörüntülərdən bəlli olur ki, "təhlükəsizlik xidmətinin rəisi" onun izləndiyindən belə xəbərsiz olub...

A.Məmmədli