Moskva yaxınlığındakı Reutovda xüsusi təhlükəli əcnəbi cinayətkar saxlanılıb.

Moskvada Moskva Dairəvi yolunda “Skoda Papid” markalı avtomobili idarə edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinicəlb edib. Onların dayandırmaq tələbinə məhəl qoymayan sürücü avtomobilin sürətini artırıb.

"Martın 9-da saat 13:20 radələrində Moskva Dairəvi yolunun 1-ci km-də bir şəxs müşahidə obyektinədüşüb və polislər onu saxlamağa çalışıblar, lakin o, cavab olaraq yalnız hərəkəti sürətləndirib", - mənbə bildirib.

Sonra o, avtomobilini atıb qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları iki xəbərdarlıq atəşi açmalı olub, bundan sonra o, saxlanılıb.

Həbs zamanı o, tapançanı yerə atıb. Məlum olub ki, həmin şəxs Ukraynanın tələbi ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. O, həmçinin Rusiya Federasiyasının federal axtarışında olub.

Həmin şəxs Ukrayna vətəndaşını qətlə yetirməkdə şübhəli bilinir, Rusiyada isə ona qarşı qanunsuz silah saxlama maddəsi ilə iş açılıb.

O, polis şöbəsinə aparılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA