booked.netbooked.net booked.net  

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da məişət zorakılığı vardır...

Bəzən mediada və sosial şəbəkələrdə məişət zorakılığından söz düşəndə dərhal qadınlar yada düşür. Təcrübə və kriminal statistika isə sübut edir ki, məişət zorakılığının qurbanları həm də kişilərdir... Bölgələrdə, Bakıda qadınlar tərəfindən döyülən, küçəyə atəılan, öldürülən, bıçaqlanan kişilər azmıdır?

Təbii ki, bu zorakılığın daha böyük faizlə qurbanları qadınlardır. Bəs niyə qadınlar daha çox məişət zorakılığına məruz qalırlar? JKişilər güclüdürmü, yoxsa qadınlar zəif???

***

BU DA JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ ELANI

Müsabiqədə mövzu seçimi də diqqəti cəlb edir...

 “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi jurnalistlər arasında "Azərbaycanda məişət zorakılığı: problemlər  və həlli yolları" mövzusunda məqalə müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi məişət zorakılığına qarşı mübarizədə jurnalistlərin rolunun güclənməsinə və  məlumatlılığının artmasına nail olmaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 15 aprel - 15 may 2023-cü il müddətində dərc olunmuş məqalənin on-line variantının linkini, əgər qəzet və ya jurnalda dərc edilibsə, onun skanerdən keçirilmiş variantını və elektron variantını, əlaqə telefonları və e-mailləri, özləri haqqında qısa məlumatla birlikdə This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  e-mail ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Məqalə müsabiqəsi” sözü qeyd olunmalıdır.

Müsabiqənin şərtləri:

  • Məqalələrin həcmi maksimum 10 min işarədən az olmamalıdır;
  • Müsabiqəyə təqdim olunan məqalələr Azərbaycan dilində olmalıdır;
  • Hər bir iştirakçı müsabiqədə yalnız bir məqalə ilə iştirak edə bilər;
  • Hər bir iştirakçı təqdim etdiyi məqalənin müəllifi olmalı və bu məqalə əvvəllər heç bir yerdə dərc olunmamalıdır;
  • Məqalə 15 aprel - 15 may 2023-cü il müddətində dərc edilməlidir;
  • Məqalənin sonunda müəllifin adı və bu qeyd yazılmalıdır: “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.

Qiymətləndirmə meyarları:

Müsabiqəyə tədim olunan məqalələr münsiflər heyəti tərəfindən aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:

  • Məqalədə real hadisə və faktlara istinad edilməlidir;
  • Problemin yaranma səbəblərinin təhlili və onun həllinə kömək edəcək mexanizmlər təqdim olunmalıdır;
  • Material mövzunu dolğun əhatə etməlidir;
  • Araşdırma keyfiyyətli olmalıdır;
  • Məqalə peşəkar səviyyədə yazılmalı və orijinal sərlövhə ilə diqqəti cəlb etməlidir;
  • Məqalənin sosial şəbəkələr vasitəsilə geniş oxucu kütləsinə təqdim olunması, maksimum çox oxucuya çatdırılması arzuolunandır.   

 Qaliblər aşağıdakı şəkildə mükafatlandırılacaq:

1-ci yerin qalibi - 1000 AZN;

2-ci yerin qalibi - 800 AZN;

3-cü yerin qalibi - 700 AZN

Müsabiqə ilə bağlı əlavə məlumatlar üçün 050 322 58 08 nömrəsinə müraciət etmək olar.
Qaliblərin adları 25 may 2023-cü il tarixədək açıqlanacaq.

*** 

Təzqdim etdi: JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN