booked.netbooked.net booked.net  

FTX və Rusiya Federasiyasının İstintaq Komitəsi (İK) hərbi jurnalist Vladlen Tatarskinin (əsl adı - Maksim Fomin) qətlində şəriki müəyyən edib.

“Müəyyən edilib ki, M.Fominin qətlini D.Trepova ilə birlikdə Ukrayna təxribat-terror qruplaşmasının üzvü, Ukrayna vətəndaşı 1987-ci il təvəllüdlü Yuriy Denisov hazırlayıb və o, təcili çatdırılma xidməti vasitəsilə vasitəçi, Moskvada ona hərbi komissarın gips büstü kimi kamuflyaj edilmiş partlayıcı qurğu ötürüb", - İctimaiyyətlə Əlaqələr Mərkəzinin (İƏM) məlumatında deyilir.

FTX-nin məlumatına görə, “Denisov Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 2023-cü ilin fevralında Kiyevdən Latviya ərazisindən keçməklə paytaxt vilayətinə gəlib və orada M.Fominin həyat tərzi və səfər yerləri haqqında məlumat toplayıb. Bu məqsədlə o, avtomobil alıb və yaşadığı evin yaxınlığında mənzil kirayələyib. Aprelin 3-də baş verən terror aktından sonra Yuri Denisov Rusiyadan tranzitlə Ermənistandan keçərək Türkiyəyə uçub”, - FTX-dən bildiriblər. Onun beynəlxalq axtarışa verilməsi ilə bağlı prosesə başlanılıb.

FTX əlavə edib ki, Tatarskinin qətlinin təşkilatçıları Ukraynanın xüsusi xidmət orqanları və onların Rusiya müxalifətindən olan agentləri olub.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN