Tramp:"O, mənim zövqümcə deyil..."

***

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 1990-cı illərdə paltardəyişmə otağında qadına təcavüz etdiyi iddiası ilə məhkəməyə çağırılacaq.

Sabiq prezidentin “Cosmopolitan”ın tanınmış köşə yazarı Ceyn Kerroll tərəfindən zorlamada günahlandırıldığı dəqiqləşir.

İşə Nyu Yorkda federal münsiflər heyəti baxacaq və eks-prezidenti də ittiham edən daha iki qadın şahid qismində çağırılacaq.

Eyni zamanda, Trampın iclasların hər hansı birinə qatılıb-qatılmayacağı da məlum deyil.

Vəkilləri onun iştirak etmək istədiyini, lakin bunun şəhərdə logistika çətinliklərinə və təhlükəsizlik problemləri yaradacağına səbəb olacağını söyləyib.

Siyasətçinin sözlərinə görə, bu görüş olmayıb və köşə yazarı bunu piar üçün uydurub.

Kerrollun sözlərinə görə, hadisə Manhettendə Berqdorf Qudman mağazasının paltardəyişmə otağında “1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində” baş verib.

***

Xatırladaq ki, bu iddia hələ 2019-cu ildə ortaya atılıb. Belə ki, o zaman 75 yaşlı Ceyn Kerroll öz etiraflarını “New York Magazine”də dərc edib.

  Bunlar həm də onun -  “Nə üçün bizə kişilər lazımdır” kitabından parçalardır. İddia edilən zorlama zamanı jurnalistin (o vaxt satıcı qadın olub) 52 yaşı var idi. Onun butikinə baş çəkən Trampın 50 yaşı olub. O, Kerrolla komplimentlər yağdırıb, onun əla formada olduğunu deyib və onu hər şeyin baş verdiyi paltardəyişmə otağına getməyə razı salıb…

Tramp isə bu iddialarla razılaşmamış və hələ o zaman bunun yalan olduğunu açıqlamışdı.

“Bunu böyük hörmətlə deyəcəyəm: ilk növbədə o, mənim zövqümcə deyil. İkincisi, bu heç zaman olmayıb”, - deyə Donald Tramp ittihamı rədd etmişdi.

Yəqin ki, federal məhkəmnin hakimləri kimin yalançı olduğunu dəqiqləşdirə biləcəklər. Üstündən 30 ilədək vaxt keçsə belə…

JASMİN