Azərbaycanda daha bir TikToker həbs edilib.

TEZADLAR.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov şikayət əsasında saxlanılıb. Bakı şəhər sakini Azər Əmirov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə müraciət edərək Xəqani Hüseynovun onu söyərək təhqir etdiyini bildirib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib.