booked.netbooked.net booked.net  

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin (REA SB) Nəzəri və Tətbiqi Mexanika İnstitutunun (NTMİ) baş elmi işçisi Valeri Zvegintsev vətənə xəyanətdə şübhəli bilinir.

 Bu barədə REA SB NTMİ-nin saytında dərc olunmuş açıq məktubda bildirilir.

“Son bir ildə institutumuzun üç görkəmli aerodinamik alimi - Anatoli Aleksandroviç Maslov, Aleksandr Nikolayeviç Şiplyuk və Valeri İvanoviç Zveqintsev cinayət məcəlləsinin ən ağır maddəsi - "dövlətə xəyanət" (maddə 275 RF CM) ilə cinayət törətməkdə şübhəli bilinərək həbs ediliblər”, - məktubda deyilir.

REA SB-dan olan müsahibi  TASS-a bildirib ki, Zvegintsev təxminən üç həftə əvvəl saxlanılıb, o, ev dustaqlığındadır. Xəyanət şübhələrinə səbəb isə İran jurnalında qaz dinamikası ilə bağlı məqalənin dərc edilməsi olub. Onun sözlərinə görə, məqalə çap olunmazdan əvvəl mümkün sirrlə bağlı iki ekspertizadan keçib.

Açıq məktubda REA SB NTMİ-nin əməkdaşları Rusiya hakimiyyətinə, elmi ictimaiyyətin nümayəndələrinə və sənaye təşkilatlarına Rusiya aerodinamika elmini qorumaq xahişi ilə müraciət edirlər.

Qəribədir ki, alim məqaləni dərc etdirərkən, bunun nə qədər böyük sirr olduğunu və hətta "Vətənə xəyanət" maddəsi ilə ittiham olunacağını dərk etməyib. Dərk etsəydi, bu sirri açıq şəkildə yaymazdı və ya heç yaymazdı...

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN