Dehli şəhər Polisinin Cinayətkarlıqla Mübarizə üzrə Şöbəsi hindistanlıları xarici ölkələrə qeyri-qanuni yolla məskunlaşmaq üçün göndərmək istəyən 4 nəfərdən ibarət cinayətkar qruplaşmanın üzvlərini həbs edib.

Bu barədə Hindistanın rəsmi mətbuatı məlumat yayımlayıb. Məlumatda qeyd edilir ki, qruplaşma üzvləri - Qiriş Bhandari, Himanşu Mehta, Qaqan Şarma və Rameş Arya Dehlinin qərbindəki Tilak Naqar rayonunda fəaliyyət göstərən bir turizm şirkəti adı altında qanunsuz fəaliyyət göstəriblər. Sən demə, Bhandari qruplaşmanın arxasında duran təşkilatçıdır və o, təxminən 12 il əvvəl polisin diqqətini cəlb etməmək üçün səyahət və turizm biznesi açaraq bu işə başlayıb... Ravindra Sinqx Yadav qruplaşmanın bütün səfirliklərin yerləşdiyi Dehlidə, milli paytaxt regionunun digər hissələrində agentləri, Salvador və Meksika kimi ölkələrdə tərəfdaşları olduğunu söyləyib. “Onlar müxtəlif ölkələrin 80 pasportunu, eləcə də müxtəlif şirkətlərin çoxlu möhürlərini və reketçilikdə istifadə olunan hər cür saxta sənədləri ələ keçiriblər”, - deyə məlumatda qeyd olunur.

Xatırladırıq ki, bu tip cinayətlər bir çox ölkələrdə baş verməkdədir. Elə Azərbaycanın hüquq mühafizə orqanları da vətəndaşları aldadaraq yüksək məbləğli iş vədi ilə xarici ölkələrə aparan və ya bu yalanlarla onların pullarımı ələ keçirən dələduzları ifşa edib. Odur ki, vətəndaşlar da bu dələduzların toruna düşməmək üçün ayıq olmalıdır.

Ramiz Əhmədoğlu