...MƏHƏBBƏT NƏ YAŞA BAXIR, NƏ DƏ BAŞA...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, 27 aprel, saat 13:00 radələrində Bolnisi bələdiyyəsinin Dəllər kənd sakini Vəsilə Məmmədova evdən Bolnisi rayon xəstəxanalarından birinə gedərək bir daha geri qayıtmayıb. Bu barədə V.Məmmədovanın ailəsi məlumat verib. Ailənin iddiasına əsasən, 42 yaşlı Vəsilə Məmmədova Marneuli bələdiyyəsinin Bəylər kənd sakini 24 yaşlı Salman Əmiraslanovla birlikdə Tbilisiyə qaçıblar... Ailə bildirir ki, hadisə ilə bağlı polisə məlumat verilib və onların Marneulidən Tbilisiyə yollanmaları təhlükəsizlik kameralarında da öz əksini tapıb. Bildirilir ki, 42 yaşlı qadın ailəli olub, Vəsilə Məmmədovanın valideyinləri qızlarının sözügedən şəxslə könüllü və ya məcburi şəkildə getməsi ilə bağlı məlumata sahib deyillər. İbrahimovlar ailəsi qızlarının taleyindən narahat olduqlarını, onu görən şəxslərdən və ya axtarılan Vəsilə Məmmədovanın özündən ailəsi ilə əlaqə saxlamasını xahiş edirlər. Əlaqə nömrəsi: 555 11 41 96 (Səyyat İbahimov, axtarılan şəxsin atası), 558 60 88 51 (Zeynəb İbrahimova, axtarılan şəxsin anası).

Bəli, ortada peyda olmuş istək və məhəbbət nə yaşa baxıb, nə də ailəli olmağa... Polis problemin kökünü axtarır. Belə qoşulub qaçmaya bəs səbəb nədir???

XƏYYAM