Şikayətçi: «“DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov buradakı bəzi şəxslərlə əlbirdir və işə gəlməyənlər aylıq pulunu verirlər və əmək haqqı alırlar…»

 Ucar ŞƏHƏRİ, Ü.Hacıbəyov küçəsi, ev 13-də yaşayan Səlimov Elsevər Ağası oğlu tərəfindən «Təzadlar»a daxil olan şikayət məktubunda diqqəti çəkən və ictimai əhəmiyyət daşıyan faktlar olduğundan aşağıda təqdim etməli olduq…

Şikayətçi yazır:

Hörmətli «Təzadlar»! 29.04.2019-cu il tarixdən “DOST” İş Mərkəzinin Xətti ilə Ucar rayon Komunnal Müəssisələri Kombinatında işləyirəm. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov 23 may 2023-cü il tarixdə mənə xəbərdarlıq məktubu göndərərək qeyd edib ki, “Təhkim olunduğunuz icraçı qurum tərəfindən aldığımız məlumata əsasən nizam-intizam qaydalarını pozaraq, vəzifə öhdəliklərini yerinə yetirməmisiniz. Nəzərinizə çatdırırıq ki, icraçı qurum tərəfindən nizam-intizam qaydalarının yenidən pozulması barədə məlumat daxil olarsa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına əsasən Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər”.

 Həmin xəbərdarlıq məktubu əsassız və qanunsuzdur. Çünki mən daima nizam-intizam qaydalarına riayət edirəm, vəzifə öhdəliklərini yerinə yetirirəm ki, bunu təsdiq edən subutlar və şahidlərim var. Sadəcə olaraq mən “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Məssisəsləri Kombinatına işə qəbul edilmiş şəxslərin əksər hissəsinin təxminən 80 %-nin  aylıq pul verib işə gəlməmələri barədə əsaslı şikayətlər etdiyim üçün məni belə şantaj edib hədə-qorxu gəlirlər. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılovun 23 may 2023-cü il tarixli xəbərdarlıq məktubu da mənə edilən hədə-qorxudur. 

   Mənim nizam-intizam qaydalarını pozmağım və iş öhdəilklərini yerinə yetirməməyim barədə yalan məlumatı Ucar Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Asəm Kərimov qərəzli olaraq vermişdir. Mənim şikayət ərizəm əsasında Azərbaycan Respubliaksının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. Belə ki, keçmiş müdir Asəm Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “DOST”-un işçiləri- Ucar rayon sakinləri Kərimov Yasif İbrahimxəlil oğlu, Hüseynov Saqi Məmmədhüseyn oğlu və digər şəxslər ölkədən xaricə gedib bir neçə ay orada yşasalar da onlara işə gəlmələri barədə qanunsuz davamiyyət yazılaraq maaş köçürülmüşdür. Bu korrupsiya cinayətidir ki, Asəm Kərimov, briqadirlər və “DOST” İş Mərkəzinin bəzi şəxsləri ilə əlbir olaraq ediblər. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov buna görə mənə qanunsuz olaraq xəbərdarlıq (hədə-qorxu) məktubu göndəmişdir. Hazırda da “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Komunnal Müəssisələri Kombinatında işləyən şəxslərin əksər hissəsi 80 % aylıq haqq verib işə gəlməsələr də onlara qanunsuz olaraq maaş yazılır. Sizə təqdim etdiyim video müraciətimə diqqətlə baxın, 02 iyun 2023-cü il tarixdə, saat 16-00 da heç kəs işdə deyil. Hər gün belədir, aylıq haqq verənlər işə gəlmirlər, hər ay maaş alırlar, ancaq mənim kimi aylıq pul verməyən və qanunu tələb edənlərə hədə-qorxu gəlirlər. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov bu korrupsiya şəbəkəsinin üzvüdür,- deyə mənə hədə-qorxu gəlir.

Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi “DOST” İş Mərkəzinin rəhbərliyini ələ alaraq onları da saxtakarlığa həvəsləndirə biliblər. “DOST” İş Mərkəzinin mərkəzi ofisindən Ucara ezam olunan yoxlama aparanlarla Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi əvvəlcədən sövdələşdikləri üçün onların verdiyi siyahı üzrə “yoxlama” aparıb işə gəlməyib haqq verən şəxslərin barəsində heç bir tədbir görmürlər. Bunu təsdiq edən mötəbər subut aşağıdakıdır:  

 -2022-2023-cü il tarixdə “DOST” İş Mərkəzinin mərkəzi ofisinin əməkdaşları Ucar rayonuna ezam olunub yoxlama apran zaman video çəkliş aparılmışdır. Həmin zaman aylıq haqq verənlər işdə olmasalar da onların barəsində heç bir tədbir görülməyib. Çünki Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi ezam olunmuş yoxlama ilə «didl tapmışdır». Yoxlama zamanı çoxlu sayda işçi həmin vaxt işdə olmasalar da bu səbəbdən problemin üstü ört-basdır edilmişdir. Aylıq haqq verməyən işçilərin isə əmək müqavilələrinə xitam verilmişdir. Həmin video çəkilişə baxılması kifayətdir. Mən və bir neçə rayon sakinləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edib yerində həmin video çəklişə bizim iştirakımızla baxıb qanuni tədbir görülməsini xahiş etmişik. Belə olan təqdirdə obyektiv həqiqət üzə çıxacaq. Onda subut olunacaq ki, kim yalan deyir və kim korrupsiya şəbəkəsinin üzvünə çevrilib.

Bütün bunlar prezident cənab İlham Əliyevin iqtisadi siyasətinə qarşıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirik, “DOST” İş Mərkəzinin Ucar rayon Kommunal Müəssisələri Kombinatındakı fəaliyyətinin obyektiv yoxlanılıb  ciddi və təsirli tədbirlər görülməsinə tapşırıq verilsin.

sün.

Hörmətlə,

Səlimov Elsevər Ağası oğlu

REDAKSİYADAN: şikayətlə bağlı “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılovun bizə verilən mobil telefonuna dəfələrlə zəng etsək də cavab verilmədi. Onun və digər şəxslərin də mövqeyini öyrənməyə çalışırıq… Eləcə də 142 Mağrı Mərkəzinə zəng olunub, həmçinin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtuna korrupsiya hüquqpozmaları barədə şikayətçinin ərizəsini mövqe bildirilməsi üçün göndərmişik... 

«Təzadlar»ın Araşdırma Qrupu