Artıq ikinci dəfədir ki, paxtaxt Tbilisinin sakinləri həyəcanlı anları yaşayır...

Belə ki, dünən axşam saat 19:30-dan etibarən, Tbilisinin bir sıra ticarət mərkəzlərində - “East Point”, “Tbilisi Central” və “City Mall”da bomba ilə bağlı həyəcan təbili çalınıb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildiri ki, dərhal polis əməkdaşları və ekspert-kriminoloqlar ticarət obyektlərinə cəlb olunub və evakuasiya işləri aparılıb.  Məlumata əsasən, ticarət mərkəzlərinə partlayıcı qurğu ilə bağlı məlumatlar elektron poçt vasitəsilə daxil olub.
Maraqlıdır ki, eyni hadisə dünən də baş verib və səhər saatlarında paytaxtdakı bir neçə məktəbə və Tbilisi, Kutaisi, Telavi, Zuqdidi, Senaki və Qurcaani məhkəmələrinə də bomba ilə bağlı bildiriş daxil olmuşdu. Bundan sonra isə binalarda olan şəxslər evakuasiya edilib. Hüquq mühafizə orqanları bu məlumatları yayanların izinə düşməkdə hələ də çətinlik çəkir. Araşdırmalar isə davam edir.

Qeyd edək ki, paytaxt Bakıda metrolarda ciddi təhlükəsizlik işləri görülməkdədir. Metroya daxil olan bütün şübhəli şəxslər və onların əşyaları xüsusi aparatlardan keçirilməklə diqqətlə yoxlanılır. 
A.Məmmədli