Moskvanın 50 yaşlı sakini 13 yaşlı qızını pedofilin zorakılığından xilas edib.

Bu barədə "112" məlumat yayıb.

O, yeniyetmələri anime partisinə cəlb edib.

Məlumata görə, qadın təsadüfən qızının gizli tədbirə getdiyini bilib, telefonunun "valideyn nəzarəti" xidməti vasitəsilə onu izləyib və paytaxtın şimalında bir neçə yeniyetmənin olduğu hündürmərtəbəli binanın zirzəmisinə gedib.

Qadın qızını otaqların birində çılpaq kişinin yanında tapıb. Gələn polis bunun əvvəllər məhkum olunmuş 36 yaşlı menecer olduğunu müəyyən edib. O, saxlanılıb, - "112" yazır.

E.ŞİRİNOV