Nijni Novqorodda 21 yaşlı qız 16 yaşlı yeniyetməni qətlə yetirib.

Tezadlar.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, hadisə avqustun 4-nə keçən gecə baş verib.

“Dostlarının əhatəsində spirtli içki qəbul edən zaman onların arasında münaqişə yaranıb”, - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Mübahisə zamanı qız bıçaqla yeniyetmənin sinəsinə zərbələr endirib. 16 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qız günahını etiraf edib. Onun barəsində “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV