Türkiyənin paytaxtı Ankaranın 8 nöqtəsində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

Tezadlar.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. Bildirilib ki, keçirilmiş əməliyyat nəticəsində 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.