...2020-ci ilin noyabrından indiyədək erməni işğalından azad edilmiş ərazilərində 480 insan qalığı aşkarlanıb. Tezadlar.az xatırladır ki, bu barədə jurnalistlərə Azərbaycan Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Şuşada növbəti kütləvi məzarlığın aşkar edilməsilə əlaqədar bildirib.

Onun sözlərinə görə, Şuşa həbsxanası ərazisində saxlanılan azərbaycanlılar qəddarcasına işgəncə verilməklə öldürülüb. "Onları döyərək, itləri üstlərinə buraxaraq, yaralı və zəif olanları donuzlara yedirərək və digər vəhşi üsullarla öldürüblər”, - o  deyib. Öz növbəsində, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir. O xatırladıb ki, Birinci Qarabağ Müharibəsi zamanı 4000 azərbaycanlı itkin düşüb.