Cari ilin ikinci rübündə (aprel-iyun ayında) Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən ölkə üzrə 1339 nəfər narkomaniyaya görə müayinədən keçirilib, onlardan 968 nəfərin narkotik vasitə aludəçisi olduğu müəyyən edilib.

TEZADLAR.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, aprel-iyun aylarında narkomaniyaya görə yoxlanılan şəxslərdən 3-ü azyaşlı olub, onların hamısının narkoman olması təsdiqlənib. Sənədə əsasən, II rübdə Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən 25-44 yaş qrupundan olan ən çox 789 kişi müayinədən keçirilib ki, onlardan da 587 nəfərinin narkotik aludəçisi olduğu ortaya çıxıb. Qadınların müayinəsinin nəticələrinə gəlincə, bütün yaş kateqoriyaları üzrə müayinədən keçən 49 qadından 19-nun narkotik vasitə qəbul etdiyi üzə çıxıb. Bundan əlavə, Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, Ekspert-Kriminal İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti ən çox Tbilisi və Kaxeti bölgəsində narkotik maddələrin təsiri ilə bağlı sınaqlar keçirib.

Məlumat üçün bildirək ki, 2022-ci il ərzində ölkə üzrə 5052 nəfər narkomaniyaya görə müayinədən keçirilib, onlardan 3631 nəfərin narkotik vasitə aludəçisi olduğu təsdiqlənib.