Paytaxt Tbilisidə 11 yaşlı azyaşlı anasının razılığı ilə 3 il ögey atası tərəfindən zorlanıb.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, azyaşlı qızın 7 yaşlı qardaşı da cinsi zorakılığın şahidi olub. Məlumata əsasən, belə bir hal yenidən təkrarlanan zaman azyaşlı evdən qaçıb və hadisə bundan sonra ictimailəşib.
 Əvvəlcə ögey ata həbs edilib, daha sonra iş üzrə aparılan istintaq ifadələri əsasında ananın günahı da üzə çıxarılıb və yeniyetmənin anası da həbs edilib. Bundan başqa o da məlum olub ki, ögey ata azyaşlını dilənməyə də məcbur edib.
Hüquq mühafizə orqanlarının məlumatında deyilir ki, hazırda 11 yaşlı qız və onun qardaşı himayədarlıqdadır və onlarla psixoloqlar işləyir. Hadisəyə ən sərt formada hüquqi qiymət veriləcək.