Fevralın 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin 1010 ədəd metadon həbi olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.