Ötən gün polis əməkdaşları Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Belə ki, fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Özgə torpağında at oynatmanın sonunu bilmək istəyənlər ən azı Ermənistanın hazırkı bərbad və zəlil vəziyyətini göz önünə gətirməlidir. 30 ildən çox müddətdə işğalçılıqla baş saxlayanlar indi ya DTX-nin istintaq təcridxanasında yatır, ya da həyəcanla nə vaxt həbs ediləcəyini...

JASMİN