Allah insanın ağlını əlindən alanda artıq onun gələcəyinə heç kim cavabdeh ola bilmir...

Belə bir hadisə həm də Rustavidə olub... 40 yaşlı kişi qonşuluğunda yaşayan 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham edilərək həbs edilib. Tezadlar.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Bildirilir ki, həmin şəxs azyaşlını aldadaraq evinə gətirib, ona pornoqrafik videoya baxmağa vadar edib və daha sonra ona toxunub. Bir müddət sonra cinayətkar olduğu iddia edilən şəxs məktəb yaxınlığında uşaqla yenidən görüşüb və bu dəfə ona pul müqabilində əxlaqsız hərəkət təklif edib, o isə bundan imtina edib. Əldə olan məlumata görə, qız hadisə barədə valideynlərinə danışıb, bundan sonra polisə məlumat verilib və kişi həbs edilib. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı araşdırma davam etdirilir. İndi bu yaramaza həbsxanada fərqli təkliflər ediləndə BMT-yə şikayət edəcək ki, insan hüquqları pozulur və s.

A.Məmmədli