Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili aclıq aksiyasını davam etdirir. Hətta o, Patriarxın aclığı dayandırmaq çağırıçını belə nəzərə almadı...

 Hazırda həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvili, ölkə vətəndaşlarına növbəti müraciətini edib. Belə ki, Saakaşvili məktubunda ikinci turda qələbənin ölkə üçün, həmçinin onun azadlığa buraxılması üçün çox böyük önəm danışıdığını bildirib. Saakaşvili müraciətində seçkilərin ikinci turunda vətəndaşları dəstək olmağa çağırıb: "Hazırda seçkilərin ikinci turunun keçiriləcəyi bütün yaşayış məntəqələrində hücumda olmalı, İvanişvilinin bütün hiylə və planlarını pozmalıyıq. Partiyanın rəhbəri olan Nika Meliaya və birinci turda qələbə qazanmış bütün namizədlərimizə tam dəstək ifadə edirəm. Bizim Tbilisidə, Kutaisidə, Batumidə, Rustavidə, Zuqdididə, Telavidə, Xaşurdiə, Senakidə, Potidə, Cğaltuboda, Martvilidə və digər yerlərdə tək mer namizədlərimiz deyil, həmçinin ikinci tura çıxmış majoritarlarımız qalib gəlməlidirlər. Gürcü Arzusu demək olar ki, hər yerdə çoxluğu itirir. Mənim xarici əlaqələrimi bütün formalarda məhdudlaşdırmalarına və bu qədər vaxtda məhkəməyə belə çıxarmamalarına baxmayaraq, mən sizin dəstəyinizi hiss edirəm. Aclığın məni çox yormasını və məhkəməyə çıxa bilməməyimi gözləyirlər. Belə bir şeyi ən geridə qalmış banan respublikasında belə görməmişəm. Bütün hiylələrə baxmayaraq, bizə dəstək hər gün daha da artır. Bir çox insan mənə dəstək məqsədilə aclıq aksiyası elan etmək istəyir. Demək istəyirəm ki, mənim aclıq aksiyam yetərlidir və mən bunu dayandırmayacağam. Çünki mənim burada başqa formalı etiraz imkanım məhduddur. Çöldə olan sizlər üçün isə əksinə, fiziki və mənəvi cəhətdən həlledici qələbə üçün hazır olmalısınız", - deyə Saakaşvili bildirib.

Onun bu çağırışı siyasi dairələrdə geniş müzakirə edilməkdədir. 

A.Məmmədli