Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Qurbanov Yusif Böyükxan oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal əməliyyat olunub. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.