Masallıda dəhşətli qətl hadisəsi törədən həbs edildi...

Belə ki, 03.01.2022-ci il tarixdə Masallı rayon Ərkivan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. Baş Prokurorluqdan "Təzadlar"a bildirilib ki, istintaqla zərərçəkmişin qardaşı Seyfulla Cəbiyevin qeyd edilən tarixdə gecə saatlarında birgə yaşadıqları evdə heç bir əsaslı səbəb olmadan Qalib Cəbiyevə yumruq və təpiklə zərbələr vurub qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir. İş üzrə toplanmış sübutlar əsasında Seyfulla Cəbiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

İndi Seyfulla Cəbiyevin heç nəyin üstündə birgə yaşadığı evdə qətl törətməsinin mahiyyətini düşünməyə və nəticə çıxarmağa ən azı 10-12 vaxtı olacaq... Bəs bir yumruğa görə 10-12 il azadlıqdan məhrum olmağa dəyərdimi? Təbii ki, yox...

A.Məmmədli