Ermənilər hər il qondarma «1915-ci il soyqırım»larını Ermənistanda və dünyanın erməni sevgili ölkələrində qeyd edirlər…

Və eyni zamanda hər ilin aprelin 24-də Azərbaycanda da "erməni soyqırımı"nın yalan, mif olması barədə silsilə tədbirlər keçirilir, televiziya verilişləri hazırlanır, media yazır və s. Təbii ki, hamımız erməni iddialarının əsassız olmasına əminik, lakin yenə də ermənilərin bu qondarma iddialarına kütləvi münasibət bildirməklə bir daha, necə deyərlər, dəlinin yadına daş salmış durumda oluruq.

Tanınmış araşdırmaçı jurnalist Araz Qurbanov «Təzadlar»a bu barədə maraqlı fikirlərini bölüşdü: «…Məni bir sual düşündürür: nə üçün biz bu istiqamətdə əsas tədbirləri məhz aprelin 24-də və ya onun ərəfəsində keçiririk? Yoxsa, başqa vaxt tapa bilmirik? Əvvəllər də demişəm, indi də deyirəm: Məndə belə təsəvvür yaranır ki, sanki biz də həmin gün bu qondarma, olmayan "soyqırımı" yada salmaqla başqa rakusda da olsa, istər-istəməz ermənilərlə bir yerdə "matəm" aksiyasına qoşuluruq…».

Bəli, həqiqətən də axı niyə olmayan, feyk soyqırımdan danışıb bir daha onu yaddaşlara həkk etdiririk? Və həm də mediada yazaraq onu arxivləşdirmiş oluruq???

A.Məmmədli