Dünən rəsmi Vaşinqton Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlər və digər vəhşiliklər barədə sübutların toplanması, təhlili və yayılması üzrə yeni proqram elan edib (Turan).

Məlum olur ki, "Conflict Observatory" adlanan proqram ConflictObservatory.org İnternet saytında onlayn təqdim olunacaq. Onun məlumatları Rusiyanın dezinformasiya sahəsində səylərinin qarşısını almağa və sui-istifadə hallarının işıqlandırılmasına kömək edəcək, Dövlət Departamentinin bəyanatında deyilir. Vaşinqtondakı rəsmi şəxslər  beynəlxalq tərəfdaş təşkilatların proqrama qoşulacağını gözləyirlər. "Bu nə qədər vaxt aparsa da, biz ədalətin zəfər çalmasını təmin etməyə sadiqik", - Dövlət Departamentinin nümayəndəsi Ned Prays jurnalistlərə bildirib. Proqrama 6 milyon dollar məbləğində ilkin investisiya qoyulub və gələcəkdə Avropa Demokratik Davamlılıq Təşəbbüsündən maliyyə alacağı gözlənilir. “Biz ABŞ akademik dairələri və özəl sektorla tərəfdaşlıq çərçivəsində fəaliyyət göstəririk ki, aylarla davam edən mübarizədən, törədilən bu genişmiqyaslı, irimiqyaslı vəhşiliklərə dair sübutlar toplandıqdan sonra indiki və gələcək ədalət axtarışlarına kömək edək”, -Prays deyib. Bu addım çərşənbə axşamı səhər Beynəlxalq Cinayət Məhkəməsi Ukraynaya özünün məhkəmə-tibb ekspertlərindən ibarət ən böyük komandasını göndərdiyini bəyan etdikdən sonra atılıb.

Qeyd edək ki, dünya mətbuatı Rusiyanın Ukraynadakı hərbi cinayətlərindən müntəzəm olaraq yazır. mülki obyektlərin darmadağın edilməsi, mülki əhalinin kütləvi şəkildə öldürülməsi hamını ciddi narahat edir və dəhşətə gətirir. Hazırda  ən başlıcası cinayət törədənlərin və ya daha yüksək səviyyədə əmr verənlərin, yaxud törədilmiş hərbi cinayətlərdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi işini dəstəkləməkdir. Artıq kifayət qədər maddi sübutlar toplanılıb və öldürülmüş mülki əhalinin dəfn edildiyi kütləvi məzarlıqlar aşkar edilmişdir.

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA