Ötən gecə Bakıda ağır yol qəzası olub.

Hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Maştağa qəsəbəsində "BMW" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticəsində 1992-ci il təvəllüdlü Musazadə Rüstəm Ənvər oğlu və 2 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) ölüb, daha 1 nəfər - BMW-nin sürücüsü Sahil Xəlilov yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisəyə yüksək sürətin səbəb olduğu deyilir.  Sürücülərin isə sərxoş olması ehtimalı qaçılmazdır.

A.Məmmədli