…Dünən noyabrın 13-də qardaş Türkiyənin İstanbul şəhərinin İstiqlal Meydanında PKK-çı qadının yerləşdirdiyi bomba partlaması nəticəsində 6 günahsız insan həlak oldu, 81 nəfər yaralandı.

Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyeva, eləcə də ölkəmizin digər yüksək vəzifəli dövlət məmurları Türkiyə Prezidentinə və xalqına baş verən dəhşətli hadisə ilə bağlı dərin hüznlə başsağlığı verdi... Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığı məktubunda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Bəli, Azərbaycan həmişə qardaş Türkiyənin sevincinə sevinib, dərdinə şərik olub, bu gün elədir. Tanrı Türkiyəmizi qorusun!

"Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin bu barədə yazısı Türkiyənin "Anadoluyakasihaber.com" saytında yayımlanıb. Yazıda Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığı, Türkiyənin beynəlxalq aləmdəki nüfuzunun getdikcə artması və s. vurğulanır. 

(https://anadoluyakasihaber.com/az%c9%99rbaycan-qardas-turkiy%c9%99nin-sevincin%c9%99-d%c9%99-d%c9%99rdin%c9%99-d%c9%99-s%c9%99rikdir.html)

JASMİN  

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA