booked.netbooked.net booked.net  

Tarixən gənclər hər bir xalqın və dövlətin inkişafında mühüm rol oynayan sosial təbəqə kimi ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində intibah proseslərinin hərəkətverici qüvvəsi qismində çıxış etmişdir. Ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpası prosesində canı, qanı ilə iştirak edən, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi prosesində öncüllüyü ilə seçilən Azərbaycan gəncliyi ötən on illiklərdə ictimai həyatın bütün sahələrində fəal mövqe tutmuş və faydalı təşəbbüslərlə çıxış etmişdir.

Mövzu ilə bağlı Tezadlar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev bildirdi ki, gənclik, ilk növbədə, yeni düşüncə, təşəbbüskarlıq deməkdir: "Bu gün hər bir azərbaycanlı gənc malik olduğu yüksək mənəvi-əxlaqi keyfıyyətləri, soy-kökünə, vətəninə, elinə bağlılığı ilə bu yurdun şərəf tarixinin daşıyıcısıdır. Böyük ingilis yazıçısı Uilyam Şekspir yazırdı ki, hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur. Gənclik müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür.

Azərbaycan xalqnın ümummilli lideri Heydər Əliyev gənclərin ölkəmizin gələcək inkişafındakı rolunu yüksək dəyərləndirərək deyirdi: "Siz – gənclik, Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"

Azərbaycan hakimiyyəti xalqın işıqlı sabahı, dövlətin nikbin gələcəyi naminə sağlam düşüncəli, fıziki cəhətdən möhkəm, iradəli, özünə inamlı, vətənpərvər, kamil, yüksək istedadlı və yaradıcı ruhlu gəncliyin formalaşmasına yönəlmiş kompleks tədbirlər sistcmi həyata keçirir".

heyder-aliyev-genclik

Professor İ.Vəliyev xatırlatdı ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə bağlı həyata keçirdiyi çoxşaxəli tədbirlər ümummilli lidcr Heydər Əliyev tərəfındən əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulmuş gənclər və idman siyasətinin məntiqi davamı kimi diqqətəlayiqdir: "Ümummilli lider hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə respublikada milli ruhun, milli özünüdərk hisslərinin yüksəldilməsi; milli-mənəvi dəyərlərin mühafızəsi; Azərbaycan dilinin ana dili kimi Azərbaycan SSR Konstitusiyasında təsbit edilməsi; azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə ali təhsil almağa göndərilməsi; imkansız ailələrin övladlarının ali məktəblərin hüquqşünaslıq, şərqşünaslıq, tibb kmi "əlçatmaz" ixtisaslara qəbulu yolunda bürokratik maneələrin aradan qaldırılması; respublikada hərbi təhsilin inkişafı; milli kadrların irəli çəkilməsi və digər mühüm istiqamətlərdə həyata keçirdiyi tədbirlər gənc nəslin hərtərəfli inkişafına, onların cəmiyyət həyatında layiqincə təmsilçiliyinə xidmət etmişdir.

Ötən əsrin sonlarına doğru Azərbaycan dövlət müstəqilliyini elan etsə də, ölkədəki ictimai-siyasi gərginlik və iqtisadi tənəzzül üzündən gənclərin öz potensialını səmərəli istifadə etməsinə ciddi maneələr yaranmışdı. 1990-1993-cii illərdə hakimiyyətdə olan qüvvələrin uğursuz siyasəti Azərbaycan gəncliyinin başsız, nizamsız, pərakəndə topluma çevrilməsinə gətirib çıxartmışdı. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, gənc nəslin sosial-mənəvi tərəqqisi, habelə idmanm, Olimpiya hərəkatının genişləndirilməsi məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrilmişdir".

İ.Vəliyev bildirdi ki, xalqın sağlam gələcəyi naminə gəncliyin mütəşəkkil və kamil qüvvə kimi formalaşmasına, milli problcmlər ətrafmda səfərbər olunmasına xüsusi diqqət yetirən Heydər Əliyevin 1993-cü ilin 22 sentyabrında gənclərlə görüşməsi ümummilli liderin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi yüksək önəmin, onun Azərbaycan gəncliyinə böyük rəğbət və qayğısının əyani göstəricisi olmuşdur: "Ulu öndər cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı 1993-cü il noyabrın 2-də ölkə əhalisinə müraciət ctmiş, bu müraciətə səs verən gənclər kütləvi şəkildə ordu sıralarında xidmət etmək, vətənin müdafıəsində dayanmaq üçün səfərbər olmuşlar.

Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə böyük öndər 1994-cü il 26 iyul tarixdə Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. 1995-ci ilin martında respublika gəncləri ilə görüşən ulu öndər onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etmişdir. Bu bəyanatın real təzahürü 1996-cı ilin 2 fevral tarixindən etibarən ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, gənclərin problcmlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, gənclərin dövlət quruculuğu prosesinə daha yaxından cəlb edilməsi ilə gerçəkliyə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli fərmam ilə fcvral ayının 2-sinin "Azərbaycan Gəncləri Giinü" elan edilməsi də gəncliyin cəmiyyət həyatındakı roluna verilən yüksək qiymətin əyani təzahürü olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il fevralın 2-də gənclərlə göriüşməsi, habelə böyük strateqin qanunvericilik təşəbbüsü əsasında 9 aprel 2002-ci il tarixdə "Gənclər siyasəti haqqında" qanunun qəbulu respublikamızda gənc nəslin hərtərəfli inkişafına ycni imkanlar açmış, bu sahədə dövlət siyasətinin qanunverici və təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir".

ilham-aliyev-genclerle

Professor onu da qeyd etdi ki, 2003-cü ilin oktyabrından bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərin potensialından ölkənin məyafcyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakı məsələlərinə xüsusi diqqətlə yanaşır: “Dövlət başçısının bu istiqamətdə ilk mühüm addımlarından biri 30 avqust 2005-ci il tarixdə "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsbiq edilməsi haqqında" sərəncamı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006-2010-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı da istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf ctdirilməsi və səmərəli təhsil almaları üçiin lazımi şəraitin yaradılması məqsədinə xidmət etmişdir.

Kcyfıyyətcə yeni mərhələdə ölkəmiz üçün qloballaşan dünyanın yeni çağırışlarına cavab verən yüksək bilik və bacarıqlı, intellektual səviyyəli kadrların hazırlanması zərurəti nəzərə alınaraq gənclərin dünyanın nüfuzlu universitetlərində təhsilinin təmini istiqamətində də kompleks tədbirlər görülmüşdür. Bu, həm də inkişaf etmiş ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlmişdir. 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" əsasında ötən illərdə 5000-dək gənc Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə, Çin, Malayziya və digər ölkələrdə təhsil almışlar.

Gənc nəslə qayğı siyasətini inamla davam ctdirən dövlət başçısı cənab İlham Əliycvin 2011-ci il 6 aprcl tarixdə təsdiq ctdiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin ctmək məqsədi daşımışdır.

Ümumiyyətlə, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən hər iki dövlət proqramının uğurla həyata keçirilməsi, istcdadlı gənclər üçün Prczidcnt Mükafatının təsis cdilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.

Azərbaycan Prezidentinin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası"nın təsdiq edilməsi rcspublikada gənclərə qayğı siyasətinin davamlılığını və ardıcıllığını təmin etməklə, onların potensialından daha səmərəli və dolğun istifadəyə imkan yaratmışdır.

Xatırlatmaq lazımdır ki, 2016-cı il 26 sentyabr tarixdə keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər gənclərin seçkili orqanlarda iştirak imkanlarını genişləndirmiş, respublikada növbəti islahatların gerçəkləşdirilməsində onların rolunu artırmışdır".

isaxan-veliyev12

İ.Vəliyevin fikrincə, bütün bunlar bir daha təsdiqləyir ki, son illər ölkədə həyata keçirilən gənclər siyasətinin əsas hədəfı yüksək biliyə, bacarığa, məsuliyyət hissinə, dünyagörüşünə malik şəxsiyyət formalaşdırmaq, xalqın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, vətənini sevən və şərəfini uca tutan sağlam nəsil yetişdirməkdir: "Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər hazırda mədəniyyət, incəsənət, clm və idman sahələrində inamla irəliləyirlər.

Azərbaycançılıq ideyası ətrafında birləşən müasir Azərbaycan gəncliyinin ən üstün keyfıyyətlərindən biri də onların liberal baxışlara, yüksək tolerantlıq mədəniyyətinə malik olmaları, multikulturalizm idcyasına milli birliyi təmin edən mühüm vasitə kimi yanaşmalarıdır. Bu gün hər bir gənc dərk edir ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan bütün vətəndaşlarının vahid və bölünməz vətənidir”.

Professor İsaxan Vəliyev qeyd etdi ki, hər zaman dövlətin diqqətini, qayğısını, xüsusilə Prezident İlham Əliyevin dəstəyini hiss edən Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində olduqca böyük qəhrəmanlıq göstərdilər: “Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın qəhrəman oğullarının şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Əminəm ki, vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayan Azərbaycan gəncliyi bundan sonra da doğma Azərbaycanımızın inkişafı üçün əlindən gələni edəcək və dövlət başçısı cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək".

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.10.)

media

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN