Jurnalist: «Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əlimizdən gələni edirik…»

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Türkiyənin camlicavadisi.com.tr saytının köşə yazarı seçilib. Bu barədə jurnalistə Türk Dünyası Jurnalistlər Birliyindən məlumat daxil olub.

Xatırladırıq ki, Asif Mərzili Türkiyənin daha iki saytının-anadoluyakasihaber.com və ilkhavadis.com portallarının köşə yazarı seçilib. Jurnalist həmin portallarda Azərbaycanın 44 günlük Zəfər müharibəsinin qələbələr dolu nəticələri, 30 illik erməni işğalına necə son qoyulması, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işləri, həmçinin ölkəmizin tarixi, siyasi həyatı və s. barədə müntəzəm olaraq yazılar paylaşır.

Asif Mərzili peşə fəaliyyəti ilə bağlı bu mühüm hadisəyə belə münasibət bildirdi: «…Biz jurnalist olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün hələ çox işlər görməliyik. Dünya ictimaiyyətini çaşdıran erməni yalan və böhtanlarının qarşısını yalnız bu yolla ala bilərik. Biz də media olaraq əlimizdən gələni etməyə çalışırıq…».

ELBAR ŞİRİNOV

asif-tr