Bunu "Hraparak" qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ermənistanda parlamentin iclas zalına deputatların mobil telefonlarla daxil olmasının qadağan edilməsi planlaşdırılır.

"Hraparak" daha sonra yazır ki, bu ideya iqtidar fraksiyasının deputatları tərəfindən irəli sürülüb. Buna səbəb isə Ermənistan parlamentində baş vermiş son qarşıdurmalar göstərilir.

Hesab edirlər ki, bu yolla parlamentdəki mənfi hadisələrin ictimaiyyətə çıxmasının qarşısı alına bilər.

Qeyd edək ki, 24-25 avqust tarixlərində Ermənistan parlamentində 3 əlbəyaxa dava olub, parlamentarilər bir-birinə butulka atıb.

Onu da xatırladaq ki, Ermənistan parlamentində jurnalistlərin fəaliyyətini qismən məhdudlaşdıran dəyişikliklər də qəbul olunmuşdu.

E.ŞİRİNOV