Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Mahmur düşərgəsi

istiqamətində antiterror əməliyyatları davam edir.

Türkiyə Milli Müdafiə Nazirliyinini yaydığı məlumatda bildirilib ki, iyunun 11-də keçirilən əməliyyat nəticəsində terrorçu PKK təşkilatının Mahmur üzrə “məsul şəxsi” Hasan Adır məhv edilib.

Məlumata görə, o, qırmızı xətlə axtarışa verilmişdi.

Qeyd edək ki, iyunun 6-da terrorçu PKK-nın rəhbərliyində təmsil olunmuş və Mahmur üzrə başlıca “məsulu” “Doktor Hüseyn” kod adlı Selam Bozkır da MİT tərəfindən keçirilən əməliyyat nəticəsində məhv edilmişdi.