İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 115 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 81 911 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 7 444 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 020 522 nəfərə çatıb.