...Dəqiq yadımdadır, Azərbaycan ordusu Şuşaya daxil olan gün Ermənistan KİV-lərini səhərə kimi izlədim.

Xüsusən də qondarma "DQR" "prezidenti" Araik Harutunyanın davranışlarını... Səhər saat 06:00 radələrində onun fb səhifəsində özünün bir kədərli şəklini paylaşdığını gördüm. Yazmışdı ki, hələ indiyədək mənim üçün belə əzablı və ağır gün olmamışdı... Dərhal anladım ki, artıq Şuşa bizdədir, Xankəndi mühasirədədir... Və yazıq bilmirdi ki, ən əzablı günlər hələ qabaqdadır!

***

 O da yadımdadır ki, o, 2020-ci il sentyabrın 19-da Araik bir şəkil də paylaşaraq belə yazmışdı: “2022-ci il mayın 9- da qala-şəhərin azad edilməsinin 30 illiyi tamam olur. Həmin gün “DQR parlamenti də paytaxt Stepanakertdən Şuşidəki şəkildə gördüyünüz yeni mənzil-qərargahına köçəcək”.

İndi yəqinki yuxularında həmin binanın nə gündə olduğunu görür. Azərbaycan Ordusunun Şuşa qələbəsindən isə təxminən 1 il keçir və həmin bina da Araik kimi zibilxanaya atılıb, yerində məscid tikiləcək. Şuşalıların dediyinə görə, qədimlərdə də həmin yerdə məscid olub, ermənilər 1992-dən sonra dağıdıblar...

A.Məmmədli