booked.netbooked.net booked.net  

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev

və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra,  RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək. Bu barədə Kremlin nümayəndəsi Dmitri Peskov məlumat verib. (ria.ru)

 "Azərbaycanlı və erməni dostlarımızla dialoq başa çatdıqdan sonra axşam saatlarında prezident Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirmək niyyətindədir", - deyə Peskov bildirib.

Xatırladaq ki, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Üçtərəfli görüşdən əvvəl isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN